Page 603 - antologiya - poeziya_175x250_Layout 1
P. 603

Èsmaéûl áÿy Qutqàøûnlû


            ra fında diz üstә oturub istirahәtә mәşğul oldularsa da, tüfәnglәrini әllә rin -
              dә hazır tutdular. Әsgәrlәr müharibәlәrdәn vә qәlәbәlәrdәn bәhs edir dilәr.
                Söhbәt çox şirin idisә dә, Rәşid bәy fikirli görünürdü. O, öz xәyalında
            Kazım xana qan tökmәmiş qәlәbә çalmaq üçün bir yol axtarırdı. Birdәn
            onun başına bir fikir gәldi vә tez bu fikri hәyata keçirmәyә qәrar verdi. Rәşid
            bәy yerindәn qalxıb әn igid nökәrlәrindәn dörd nәfәrini seçdi vә özü ilә
            bәrabәr getmәlәrinә әmr verdi. Gün batar-batmaz, onlar kimsәsiz bir cığır
            ilә Әrәş şәhәrinә tәrәf yola düşdülәr. Sübh açılan zaman şәhәrin kәnarına
            yetişdilәr. Rәşid bәy atlarını vә adamlarından ikisini şәhәrin darvazası
            yanında qoydu vә özü adamların ikisi ilә şәhәrә daxil oldu. Onun niyyәti
            öz rәqibi Әsgәr ağanı qaçırtmaq idi vә bilirdi ki, sübh vaxtı Әsgәr ağa bir
            mürәbbi ilә bәrabәr şәhәrin darvazasına vә Kazım xanın evinә yaxın bir
            bağa gәzmәyә çıxır.
                Qәhrәmanımız öz adamları ilә bәrabәr hәmin bağa yaxınlaşıb, çәpәr
            arasından Әsgәr ağanı bağda gәzәn gördü. Әsgәr ağa bir kolun dalına keçib,  27
            mürәbbisindәn ayrı düşmüşdü. Rәşid bәy cәld uşağa yaxınlaşdı vә ona
            Kazım xanın geri döndüyünü vә mürәbbinin onu qarşılamağa getdiyini
            xәbәr verdi.
                Uşağı da aldatdı ki, mürәbbi mәni sәnin dalınca gön dәrdi vә sәni
            yapıncının altına alıb birdәn-birә Kazım xana göstәrmәyi mәnә tapşırdı.
            Uşaq sevinәrәk özünü Rәşidin qucağına atdı. Rәşid onu yapıncının altına
            alıb atları saxlanan yerә gәtirdi, o, öz adamları ilә atlara sıçrayıb, dağlardan
            әsәn yel kimi gәldiyi yerә üz qoydu. Rәşid bәyin qoşunu hәmin qoyub
            getdiyi yerdә idi, ancaq yeni gәlәn kömәk onların sayını artırmışdı. Onlar
            sәbir sizliklә çarpışmağa müntәzir idilәr. Lakin sevimli başçılarının
            gecikmәsindәn çox tәşvişә düşmüşdülәr. Onun haraya getdiyini heç kәs
            bilmirdi. Yalnız Rәşid bәyin öz yerindә naib qoyduğu Hacı İbrahim adlı
            hörmәtli bir nökәr öz ağasının getdiyi yeri vә niyyәtini bilirdi. O da bütün
            günü Rәşid bәy gedәn yollara gözlәrini dikib, ağasına rast gәlәcәk tәhlükә
            ehtimallarını düşünürdü. Artıq günәş batmışdı. Sәrkәrdәsiz qalmış qoşun
            qәmgin oldu. Hacı İbrahimin gözlәri bir nöqtәyә baxmaqdan yaş ilә
            dolmuşdu. Birdәn-birә qoşundan qopan bir sevinc qışqırığı Hacının
            gözlәrini işıqlandırdı. O, yenidәn gözünü yol tәrәfә dolandırıb beş nәfәr
            atlının sürәtlә gәlmәsini gördü. Onların ayaqlarının altından qopan toz,
            sütun kimi göyә qalxırdı.  Ağ köpüyün içindә qan-tәrә batmış atların
            ağızlarından çıxan buğ, topdan da qalın idi.
                Nәhayәt, Hacı İbrahim Rәşid bәyi tanıdı. Onun qaba ğına yüyürdü,
            bütün әsgәrlәr dә onun dalınca yüyür dülәr. Rәşid bәy atdan enib nökәr -
            lәrindәn neçәsini öpdü, sonra Hacı İbrahimә Әsgәr ağanı tәqdim edәrәk
            dedi:
   598   599   600   601   602   603   604   605   606   607   608