Page 516 - antologiya - poeziya_175x250_Layout 1
P. 516
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Yanvar gecәsi
Qar.
Qarlı gecәnin sonsuzluğu qar.
Qar.
Qarlı küçәnin sәnsizliyi qar.
Uzağa çәkilmiş göy üzü yerdәn,
Qaranlığın içi dәrddi, qubardı;
Qartımış gecәnin üfüqlәrindәn
Sonuncu qatar da ötdü, qurtardı...
516 Vә qaldı dünyada bircә pәncәrә –
Onu da duymamaq, sevmәmәk olmur;
Ölü duasıtәk uzanır gecә –
Dәrdi qaş-gözlә dә söylәmәk olmur.
Qar. Qarlı gecәnin sonsuzluğu qar,
Qaranlıq küçәnin sәnsizliyi qar...
Allah, bu hәsrәtin insafı harda –
Bu daxmanın içi qәbirdәn dә dar?!
Qar. Qaranlıq gecә. Qarlı küçә. Qar.
Sәnsiz ölmәdiyim bir dә bu yanvar...
At sevgisi
Mәn sәni ot kimi sevirdim onda,
Sәn dә vurulmuşdun mәnә at kimi;
Qaranlıq otağın şam işığında
Sevişә bilmirdik әr-arvad kimi.
Mәn sәnә baxırdım yaşıl çәmәntәk –
Ürәyim axırdı otlamaq üçün;
Әlimiz qalxmadı şamı söndürәk,
Qalxdıq sönәn şamı odlamaq üçün.