Page 514 - antologiya - poeziya_175x250_Layout 1
P. 514
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәni fikir-fikir geyәn qayğılar,
Mәni misra-misra soyunur indi.
Günәş işığında ölәn duyğular,
Fanar işığında yuyunur indi.
Yarımçıq әmrә dә, günә dә yadam,
Fәrqi yox, budaqda çürü, ya tökül...
Özüm öz әlimi yandıran odam –
Özüm öz gözümә sәpәlәnәn kül.
Ayırıb özümü duyğudan, hissdәn
Başımı yuxuyla qatan deyilәm.
514
O qәdәr yatmışam torpağın üstdә,
Torpağın altında yatan deyilәm...