Page 518 - antologiya - poeziya_175x250_Layout 1
P. 518

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Bu fani dünyada zulum görәnlәr,
                        Cәnnәt qapısından gülüb girәnlәr,
                        Şükürlәr içindә ölüb gedәnlәr
                        Buna nә deyәr?!
                        Soyun bu kafiri!

                        Yaxına qoymayın cavan qızları,
                        Kimsә ağlamasın qoy oğrun-oğrun;
                        Allahın yerdәki allahbazları! –
                        Göydәn Allah baxır...
                        Allahdan qorxun!


             518        Soyun bu kafiri!
                        Kәsin bu sәsi!
                        Ayıb, allahsızın sözündәn ayıb!
                        Çılpaq ayaqları, çılpaq sinәsi
                        Bakirә qızların gözündәn ayıb!


                        Halalın-haramın,
                        Dulun-hәrәmin
                        Nәfәsindәn ayıb, nәfsindәn ayıb!

                        Soyun bu kafiri!


                        Kimi baltasıyla, kimi daşıyla,
                        kimi dırnağıyla, kimi dişiylә
                        soyarlar, kәsәrlәr, şaqqalayarlar;


                        Günahkar bir günün günortasında,
                        tamahkar dünyanın tәn ortasında
                        haqqı dana-dana haqq elәyәrlәr...

                        Gizlicә-gizlicә ağbirçәklilәr
                        ovudar, ovudar cavan qızları;
                        Gecәlәr özlәri qızlardan betәr
                        qovrular dәrdinә allahsızların.
   513   514   515   516   517   518   519   520   521   522   523