Page 513 - antologiya - poeziya_175x250_Layout 1
P. 513

Ramiz Qusar÷aylû






               Burda hәm atayam,
               burda hәm uşaq,
               Yaxından yaxınam,
               uzaqdan uzaq...
               Atamın yasını özümdәn qabaq
               Bir bülbül saxladı,
               bir qaratoyuq.


               Qeybәt qıyma-qıyma kәsәndә mәni,
               Heç kәsәn duymadı küsәndә mәni...
               Deyim kim bağladı bu kәndә mәni
               Bir bülbül bağladı,                                                  513
               bir qaratoyuq...




               Yuxu

               Bu yuxu gör harda haqladı mәni,
               Torpağın altında,
               Yerin gözündә.
               Bu yuxu gör harda ağladı mәni,
               Ağlaya bilәrdim elә özüm dә...

               ...Gecәlәr yuxumu әrşә çәkәnlәr,
               Sәhәrlәr yuxuma bal qatıb mәnim.
               Ayıq baxışlara yuxu әkәnlәr,
               Yuxu becәrәnlәr aldadıb mәni.


               O xәzәl illәrin sarısı dәn-dәn,
               Yerindә inadım yarpaqlayıbdı.
               Yuxulu günlәrim quyu dibindә
               Özü öz üstünü torpaqlayıbdı.


               Nә çıxar tәzәdәn kükrәyәm, daşam,
               Yuxulu әllәrim heç yana çatmır ,
               Özüm illәr boyu yatıb qalmışam,
               Sinәmdә hisslәrim qiyamı yatmır...
   508   509   510   511   512   513   514   515   516   517   518