Page 68 - "Xəzər"
P. 68
ONUN varlığının həmin şəffaflığı və 12.
çəkisizliyi içində əriyib yox oldu…
MARKİZA NATALYA de LAFONJENİN
MӘKTUBU

“Tiflis.
Zati-aliləri,
knyaz P.D.Sisianova.

Knyaz, Sizə bu ikinci – yəqin ki, so-

nuncu – məktubumu yazarkən bütün

varlığımı titrədən həyəcan on yeddi il bun-

dan əvvəl Sizə sevgi etirafımı yazdığım

gecə keçirdiyim həyəcandan az deyil,

bəlkə də, artıqdır.

Knyaz!

68 Dünən Sizin oğlunuz markiz Mixail
Jeraroviç de-Lafonjenin 16 yaşı tamam

2016 oldu.

Mən yanlış yazmıram, knyaz.

Mixail Jeraroviç de-Lafonje Sizin

oğlunuzdur.

İndiyə qədər bunu dünyada yalnız bizi

Yaradan və mən günahkar qadın bilirdik.

İndi Siz də bunu bildiniz.

On altı ildir ki, mən hər dəfə Mişeli

sinəmə sıxdıqca, ərim markiz Jerar de

Lafonjeyə xəyanətimdən mənəvi əzab

çəkirəm.

Bəli, mən Sizi sevirdim, knyaz və bu

sevgi bir fırtına idi, bir ayın içində başladı

da, bitdi də.

Mən bu sevginin və bu ayrılığın

təfərrüatına varıb, özümlə birlikdə Sizi də

Elçin. Baş yenidən incitmək istəmirəm.

Siz bu gün də mənə yeganə oğlumun

həqiqi atası kimi əzizsiniz, ancaq bu,

mənim uzun illər boyu çəkdiyim mənəvi

əzabları azaltmır.

Bu əzablar azmış kimi, Mişel böyü-

dükcə, onun uğurları artdıqca, mən Sizin

qarşınızda daha artıq mənəvi əzab
   63   64   65   66   67   68   69   70   71   72   73