Page 146 - "Xəzər"
P. 146
nәsә vardı. O kәskin, quru bir qәhqә-
hәylә gülüb tüklәrimi biz-biz elәdi.

Elә ki, yerimdәn tәrpәndim, qoca
çönüb otaqdan çıxdı. İstәyirdim qalxıb
onun dalınca qaçam, qoltuğundakı
boxçanı alam, amma qoca çox sürәtlә
uzaqlaşdı. Qayıdıb küçәyә açılan
pәncәrәni açdım. Vә yenә hәmin
qocanın qozbel cizgilәrini gördüm –
küçәnin ağına düşüb gedirdi. Çiyinlәri
gülmәkdәn әsirdi. Qoltuğunda dәsmala
bükülü nәsә vardı. O aramla, ağır-
ağır, axsaya-axsaya irәlilәyir, sәhәr
dumanının içindә görünmәz olurdu.
146 Pәncәrәnin qabağından çәkilib
2015 güzgünün önünә keçdim: әynimdәki
paltar cırıq-cırıq, başdan-ayağa qan
içindәydi. İki qızılı әtmilçәyi әtrafıma
dövrә vurur, xırdaca ağ qurdlar bәdә-
nimdә qıjıldaşır, sinәmdәn cәsәdin
ağırlığı basırdı...

Sadiq Hidayәt. Kor bayquş
   141   142   143   144   145   146   147   148   149   150   151