Page 85 - "Xəzər"
P. 85
şehdə yaxalayan,
bu ağacın
qara gövdəsində yuxulayan
kəpənək görürəm, –
tunc rəngli,
tunc çalarlı.
Yarpaqların arasında
titrəyən bir yarpaqtək
yırğalanır kəpənək.
Dağın yaxasında, –
boş evin arxasında
asta-asta gedən
inəklərin
boynundan sallanan
zınqırovların səsi gəlir
bütün günü.
Çətir şəkilli,
qoşa,
şam ağacı arasında
qızılı daştək parlayır
atların peyini…
Günəş qürubda
solub-saralanda
arxası üstə uzanıram
hava qaralanda, –
göy üzüylə üz-üzə.
Göydə,
başım üstə
cavan qırğı uçur
boş evi süzə-süzə.
Beləcə, deyə-gülə
ömrümü verdim yelə…

85
   80   81   82   83   84   85   86   87   88   89   90