Page 147 - "Xəzər"
P. 147
ƏDİ DƏYƏRLƏR
MİXAİL YURYEVIÇ LERMONTOV (1814, Moskva-1841, Pyatiqorsk)
Böyük rus şairi Lermontov…
Bu il cəmi 27 il ömür sürmüş bu “həmişəcavan” şairin doğulduğu gündən nə
az-nə çox düz 200 il vaxt ötür. Bu dünyada vur-tut 27 il ömür sürüb, əvəzində
200 il yaddan çıxmamaq böyük hünərdir; axı Tanrı insana necə bir istedad bəxş
etməlidir ki, onun sayəsində bu qədər yaşamağı bacarasan?!
Amma o heç yaşadımı?
Bircə göz qırpımı çəkən bunca qısa zamanda onun yazdıqlarına nəzər salanda
adamı heyrət bürüyür – o, dünyaya yaşamaq üçün deyil, sanki yazıb-yaratmaq
üçün gəlmişdi...
1837-ci ildə Puşkinin dueldə öldürülməsindən təsirlənərək “Şairin ölümü” adlı
şeir yazmış və nə yazıqlar ki, dönəmin o vaxtkı çar üsul-idarəsi şairin ölümündə
əli olanları deyil, şeirdəki suçlamaları onlara atılmış böhtan kimi əsaslandıraraq
şairi “işlətdiyi cinayətə” görə Qafqaza sürgün etmişlər. 1937-ci ildə sürgündən
sağ-salamat qayıdan Lermontov Peterburqa dönərək, bir-birinin ardınca dərc
etdirdiyi şeirləriylə o dövrün ədəbi mühitində geniş rezonans doğurmuş və
sənət adamları tərəfindən “Puşkinin sələfi” kimi dəyərləndirilmişdir.
1840-cı ildə Fransanın Rusiyadakı səfirinin oğluyla qatıldığı duelə görə
yenidən “suçlanmış” və “işlətdiyi cinayət”i bəhanə gətirərək onu Peterburqdan
uzaqlaşdıraraq yenidən Qafqaza sürgün etmişlər.
1841-ci ildə sürgündə özünü “yaxşı apardığına görə” təkrar Rusiyaya –
Peterburqa dönməyə icazə verilir. Amma yolda xəstələnərək Pyatiqorsk
şəhərində bir müddət müalicə alır və elə həmin şəhərdə 1841-ci ilin 27
noyabrında fransız əsgəri Martınovla qarşılaşdığı dueldə öz sələfi Puşkin kimi
“öldürülməsi” Rusiyada dərin bir üzüntüyə səbəb olur.
27 yaşında gülləyə tuş gəlməsəydi hələ nələr… nələr… yarada bilərdi!..
Amma iki yüz ili arxada qoyub, əsrlərin o üzündən bu günümüzə gəlib çıxmış
bircə sözü də köhnəlməyən, bircə ləçəyi də solmayan gül ətirli şeirlərin canlı
nəfəsini duyunca, bir daha əmin olursan ki, “o adda, o nişanda, o gözəl gənc
cahanda olmayıb”, yox… olub və ən azı, 200 il sonra da olacaq.
147