Page 1 - "Xəzər"
P. 1
XƏZƏR 2014, №1

NOBEL KÜRSÜSÜ
Selma Lagerlöf

26 Noyabr 2014

1909-cu ildə İsveç Akademiyası tərəfindən "Nobel mükafatı alan ilk qadın" adına layiq görülən Selma Lavisa Otilla
Lagerlöf 1858-ci il noyabr ayının 20-də İsveçin Velmland əyalətinin Morbakka şəhərində, zabit ailəsində dünyaya
gəlib.

İsveç ənənəsinə uyğun olaraq uzun saç saxlayan Selma Ottiliya Luvisa adlı bu kiçik qız ağır xəstəlikdən əziyyət
çəkirdi. Selma günlərlə yataqda qalsa da, xəyalları onu ruhdan düşməyə qoymurdu. Xəstələnib yataqda qaldığı uzun
günləri o, müxtəlif nağıllar, şeirlər və əhvalatlar uydurmaqla qısaltmağa çalışırdı.
Xəstəliyinə bu minvalla qalib gələn Selma, boya-başa çatıb müəllimlər seminariyasını bitirdi, İsveçin cənubunda kiçik
bir şəhərdə müəllimlik etməyə, kitablar yazmağa başladı. Lagerlöfün, dönük keşişin macəralarına həsr etdiyi ilk
romanı "Yest Berlinq haqqında saqa" "İdun" jurnalının təsis etdiyi mükafata layiq görüldükdən sonra, tənqidçilər
ədəbiyyatda romantik üslubun dirçəlişi barədə danışmağa başladılar. Belə ki, "Yest Berlinq haqqında saqa"nın
romantik ovqatda yazılması Lagerlöfü, H. İbsen, K. Qamsun, A. Strindberq kimi, yeni Skandinaviya yazıçılarından
fərqləndirirdi.
Bir müddət sonra Kral Oskar və İsveç Akademiyasından maddi dəstək alan Selma özünü bütövlükdə ədəbiyyata həsr
etmək qərarına gəldi, İtaliya və Siciliyaya səfər etdikdən sonra Siciliya haqqında "Antixristin macəraları" adlı romanını
nəşr etdirdi. Misir və Fələstinə səfəri isə onun "Yerusəlim" dilogiyasını yazmağa həvəsləndirdi və bu dilogiya onun
görkəmli İsveç yazıçısı kimi tanınmasında böyük rol oynadı.
1904-cü ildə Lagerlöf Morbakkada yerləşən, 1880-ci illərdə atasının ölümündən sonra satılmış mülkü geri
qaytarmağa nail olur. 1906-cı ildə isz yazıçının ən məşhur əsəri - "Nils Holgerssonun qəribə səyahəti" işıq üzü görür
və müəllifinə dünya şöhrəti qazandırır.
Feministlərin müxtəlif qurultay və konfranslarında tez-tez iştirak edən yazıçı, siyasətə də laqeyd qalmır. Sovet - Fin
müharibəsi zamanı o, öz qızıl Nobel medalını Finlandiyaya yardım fonduna bağışlayır. İkinci dünya müharibəsi
zamanı da prinsipial mövqe nümayiş etdirən Lagerlöf, Almaniyada "nordların xarakteri"ni vəsf etdiyinə görə, geniş
təbliğ olunmağına baxmayaraq, faşist rejiminin təzyiqləri ilə üzləşən rəssamlara kömək etməkdən də çəkinmir.
İsveçdəki həmvətənlərinin qürur mənbəyi olan Selma Lagerlöv İsveçin sərhədlərindən kənarda skandinav
əfsanələrinə və miflərinə köklü şəkildə bağlılığı, xeyrin qələbəsinə sarsılmaz inamı ilə diqqətləri cəlb edir.
Laqerlöfün dünya üzrə əsas oxucu kütləsini isə, şübhəsiz ki, uşaqlar təşkil edir.

Selma Otilliya Lavisa LAGERLÖF
   1   2   3   4   5   6