Page 16 - "Xəzər"
P. 16
rsləri alır. Qısa bir müddət Fransada qalır. Geri döndükdən sonra Ədliyyə Məslək məktəbini bitirir. Məhkəmə, bank,
dəmir yolları kimi müxtəlif qurumlarda çalışır. Son iş yeri İstanbul Universiteti ədəbiyyat fakültəsinin kitabxanası olur.
1953-cü ildə dünyasını dəyişir.

Gənclik çağlarında divan ədəbiyyatından təsirlənərək rübai və qəzəllər yazsa da, 1937-ci ildən sonra Qərbyönlü
sərbəst şeirlər yazmağa başlayır. 1938-1941-ci illərdə ilk şeirləri çap olunur. Bu şeirlərdə daha çox nağılvarı təsir
bağışlayan gənclik duyğuları öz ifadəsini tapır.
Şərq ədəbiyyatı, incəsənəti və mədəniyyətinə dərindən bələdlik sonrakı dönəmlərdə onu tamamilə başqa bir yönə
çəkir. Anadolu-İran-Hindistan xətti boyunca uzanan qədim Şərqin həyat tərzi, fəlsəfəsi, dini və dünyəvi düşüncələr
aləmini səslər vasitəsiylə canlandırmağa çalışan şair şeirin real həyatda olduğu kimi abstrakt bir dünya yaratdığına
inanırdı.
Çələbi türk poeziyasında «ənənəçi modernist» kimi tanınır. Şeirləri şüuraltına bağlı, mücərrəd olsa da bir anın, bir
hiss və duyğunun az qala maddiləşən forması təsiri bağışlayır.
O, Şərq və Qərb mədəniyyətini bir yerdə könül dünyasından keçirib yaddaşında kəhkəşanlar yatan köhnə karvan
yollarının o başına varmaq istəyirdi. Dünyaya Asiyanın təsəvvüf və dinlər tarixində ad qoyan ünlü simalarının açdığı
pəncərədən - Qoca Şərqin nağıllar aləmindən baxmağa çalışırdı.
Çələbinin şeirləri, bu mənada, Şərq miniatürlərini, bir də rəngli pəncərə şəbəkələrini xatırladır.
Əhməd Oğuz

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

KLASSİK HEKAYƏLƏR
Ernest Heminquey, Ruben Bareyro Saqiyer

21 Noyabr 2014

Ernest Heminquey

Orijinaldan sətri tərcümə əsasında çevirdi: Mahir N. Qarayev
«Məğlubedilməz», görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) erkən
yaradıcılıq dövründə qələmə aldığı ən məşhur əsərlərindən biridir.

«Qadınlarsız kişilər» (1927) toplusunun ilk hekayəsini təşkil edən «Məğlubedilməz»də sonradan Heminqueyə dünya
şöhrəti qazandırmış bir çox əsərlərinin, o cümlədən «Qoca və dəniz» povestinin işartılarını sezmək əsla çətin deyil.
Xüsusən də əsərin baş qəhrəmanı, məğlubiyyətə heç cür yaxa tanıtmaq istəməyən «qoca» matador Manuel Qarsia
   11   12   13   14   15   16   17   18   19   20   21