Page 21 - "Xəzər"
P. 21
est Heminquey Uilyam Folkner haqqında:
«Siz kiminsə yazı prosesi zamanı içdiyini eşitmisinizmi? Folkner elədi. O, hərdən belə günahlara batır. Mən onun
artıq ilk badəni içmiş olduğu səhifələri tam dəqiqliyi ilə göstərə bilərəm»...
Tərcümə: Yaşar
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

ORİFEYLƏR
Marsel Prust

24 Noyabr 2014

Orijinaldan sətri tərcümə əsasında çevirdi: Zahid Sarıtorpaq
Zaman-zaman sevilən və inkar edilən yazıçı
...Pəncərə pərdəsinə düşmüş cansız bir işıq zolağı, ana öpüşünün doğurduğu unudulmaz təəssürat, bir qurtum çayın
dərin yaddaş qatlarından oyatdığı xatirələr - Marsel Prust (1871-1922) yaradıcılığının zənginliyi bu sayaq çırpıntılarla
dolu psixoloji həyat gerçəklərinin, eləcə də irreal düşüncələrin özəyindən qaynaqlanır. Sayğılı oxucular, altı cildlik
"İtirilmiş zamanın axtarışında" silsiləsinə daxil olan "Svana doğru" romanın "Kombre" adlı bölümünün birinci
hissəsində də bu kimi məqamlar qədərincə yer alıb.
Onu da qeyd edək ki, bu əsərin sanbalı heç də ayrı-ayrı detallarda gizlənməyib, həm də bu, bir dil faktorudu. Dünya
romançılığında özünəməxsus yer tutan Prust yaradıcılığı zaman-zaman insanları düşünməyə sövq edən bir
fövqəlbəşəri ədəbiyyat hadisəsidi. Bu hadisədən yararlanan azman yazarlar sülaləsi yetişib, bunu inkar və etiraf edən
yazıçılar bu gün də var.
Əsas gerçəklik ondadı ki, Prust dünyada ən çox müraciət edilən, örnəklər gətirilən, qarşısına məqsəd qoymasa da,
insanı iç dünyasının dolaşıqlarında azdıran, buxovlulara azadlığın yolunu göstərən, azadlara müti qul olduqlarının
   16   17   18   19   20   21   22   23