Page 17 - "Xəzər"
P. 17
ağlagəlməz fədakarlığı ilə eynən qoca balıqçı Santyaqonu xatırladır. Sonuncu buğa döyüşündən sonra ölümcül
yaralanıb xəstəxanaya yerləşdirilən və çoxlarının artıq ölmüş zənn etdiyi Manuel ayağı yer tutan kimi yenidən
arenaya çıxır. Peşəsinin şərəfini dünyada hər şeydən üstün tutan matador qəpik-quruşun müqabilində həyatını riskə
atmağa belə razılaşıb bu şərəfi axıradək qorumağı bacarır və öz dözümü, qətiyyəti, fədakarlığı bahasına ləyaqətli
insanın yenilməzliyini təsdiqləyir.

Ruben Bareyro Saqiyer
Orijinaldan sətri tərcümə əsasında çevirdi: Saday Budaqlı
Yazıçı, esseist, ədəbi tənqidçi Ruben Bareyro Saqiyer 1930-cu ildə Paraqvayda anadan olub. 1962-ci ildən Fransada
yaşayan yazıçı «Hekayə və roman» (1960), «İfşa olunmuş Paraqvay» (1963), «Müasir Paraqvay nəsrində sürgün
mövzusu» (1970) və s. kitabların müəllifidir.
Hekayə "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

Müqəddəslər və onların söylədikləri

20 Noyabr 2014

Həzrət Həbib Əcəmi
Həzrət Həbib Əcəmi Quran oxunarkən, acı kədərlə ağlayarmış. Adamlar ondan:
- Sən ki, müqəddəs Kitabın yazıldığı dili bilmirsən, nə səbəbə ağlayırsan?.. - soruşanda o:
- İranlı olsam da, qəlbim ərəb qəlbidi... - deyə cavab verib.
Tərcümə: A. MƏSUD

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

Esse
Orxan Pamuk

21 Noyabr 2014
   12   13   14   15   16   17   18   19   20   21   22