Page 19 - "Xəzər"
P. 19
rcümə S. Budaqlı
Miniatürlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub
DEBÜT
Şervud Andersen
20 Noyabr 2014
Amerika nəsrinin görkəmli nümayəndələrindən biri sayılan Şervud Anderson (1876-1941) kiçik hekayələrinə görə bir
çox tənqidçi və ədəbiyyatşünas tərəfindən Anton Çexov və Ernest Heminqueylə bir tutulur. Şervud Anderson
Amerikanın XX əsrdə dünya ədəbiyyatına bəxş etdiyi böyük simalar-Ernest Heminquey, Uilyam Folkner, Tomas Vulf
və Con Steynbek kimi nəhəng yazıçıların yaradıcılığına ciddi təsir göstərməklə bərabər, Ernest Heminquey və Uilyam
Folknerin ilk əsərlərinin çap edilməsinə və bu yazarların şöhrət qazanmasına da yardım göstərmişdir. Ş.Andersonun
ədəbi təsiri o dərəcədə böyük olmuşdur ki, Ernest Heminquey hətta bəzi hekayələrinə görə plagiatlıq ittihamı ilə də
üzləşmişdir. E.Heminquey isə bu ittihamları rədd etsə də, Şervud Andersonun ədəbi təsirini danmamış, hətta Scott
Fitsceralda yazdığı məktublarda da bunu etiraf etmişdir. 1956-cı ildə, Ş.Andersonun ölümündən uzun illər sonra
Uilyam Folkner onu Amerika yazıçılarının atası adlandırmışdır. Ayrı-ayrı illərdə Şervud Andersonun "Alisa və itmiş
roman" ("Alice and lost novel") , "Tutqun gülüş" ("Dark laughter") romanları, "Atlar və adamlar" ("Horses and men"),
"Meşədə ölüm" ( "Death in the woods" ) kimi kitabları çapdan çıxsa da, ona ən çox şöhrət gətirən kiçik hekayələrin
yer aldığı "Vinesburq, Ohayo" ("Winesburg, Ohio") kitabı olmuşdur.
İngilis dilindən tərcümə Təvəggül Zeynallı
Təvəkgül Zeynallı 1994-cü ildə Naxçıvanda doğulub. 2011-ci ildə Xəzər rayonundakı 149 saylı orta məktəbi bitirərək,
Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə tərcümə fakültəsinə daxil olmuşdur. Hazırda II kurs tələbəsidir.
MACƏRA
Hekayə
O vaxt Corc Villard hələ yeniyetmə bir oğlan idi. Alisa Hindmanın isə iyirmi yeddi yaşı vardı. Və bu iyirmi yeddi yaşlı
qadın bütün ömrünü Vinesburqda yaşamışdı. O, Vinney parça mağazasında işləyir və ikinci dəfə ərə getmiş anası ilə
birgə ömür sürürdü...