Page 223 - "Xəzər" 4/2016
P. 223
O ANDRİÇ Korifeylər. İvo Andriç

223
2016

1892-ci ildə Bosniya-Herseqovinada
(keçmiş Yuqoslaviyada) anadan olub. Әdə-
biyyat üzrə Nobel mükafatına layiq görülən
(1961) ilk və hələ ki, yeganə serb yazıçısıdır.

“Drina körpüsü” və “Travnik xronikası”
romanları yazıçıya dünya şöhrəti qazandırıb.
Yaradıcılığına uşaqlıq və gənclik illərini
keçirdiyi Travnikin müsəlman-türk mühitinin
müstəsna təsiri olub.

Bosniya müsəlmanlarına həsr edilən
“Vəzirin fili”, “Lənətə gəlmiş həyat” və
digər hekayələri, o cümlədən “Cərzələz
Әlinin yolu” silsiləsindən olan bir neçə
hekayə slavyan-müsəlman folklor nümunəsi
kimi məşhurlaşıb.

1975-ci ildə Belqradda vəfat edib.
   218   219   220   221   222   223   224   225   226   227   228