Page 222 - "Xəzər" 4/2016
P. 222
teyn Qorder. Portağal qızqüvvəsindən azad olunmuş kimi havasız
bir məkanda uçuruq, sanki Saman yoluna
çıxmışıq və Kainatın bütün qapıları
qarşımızda taybatay açılıb…”

Bəlkə, Portağal Qız yad planetdən
uçub gəlmişdi. Elə atam da onun başqa
dünyadan olduğuna eyham vurmuşdu.
Kim bilir, bəlkə, hansısa NUO-da gəlmişdi?
Amma yox, mən belə şeylərə inanmıram,
atamın da inanması mümkün deyildi.
Bəlkə, qız özü inanırdı? Nə biləsən?

Yer kürəsi ətrafında saatda 28 min
kilometr sürətlə bir dövrə vurmaq üçün
Habbl teleskopuna 97 dəqiqə tələb olunur.
Müqayisə üçün, Xristianina ilə Eydsvoll
222 arasında hərəkət edən Norveçin ilk
qatarına 68 kilometrlik məsafəni dəf etməyə
2016 iki saat yarım vaxt lazım gəlmişdi. Bu
hesabla, Habbl teleskopu Norveçdə bura-
xılmış ilk qatardan min dəfə tez hərəkət
edir. (Müəllim mənim bu müqayisəmi çox
bəyənmişdi.)

Saatda 28 min kilometr sürətlə! Bax
onda, həqiqətən, havasız məkanda uç-
maqdan danışmaq olar! Ola bilsin, həm
də bizimkindən neçə milyon işıq ili geri
qalan qalaktikanın fotoları haqqında.

Habbl teleskopu bir cüt günəş panelinə
malikdir. Uzunluğu on iki, eni iki tam onda
beş metr olan bu qanadlar ona 3000 vatt
verir. Amma Tarix muzeyinin yanından
ötüb Saray parkına yaxınlaşmazdan qabaq
bizim bu bir cüt kilsə göyərçinimiz çətin
ki, Habbl teleskopunun qanadlarında otu-
rub gözlərinin qarşısında açılmış Kainatın
seyrinə dala biləydilər. Ancaq kim bilir.

Mən atamın məktubunu götürüb, ardını
oxumağa başladım.

(davamı gələn sayda)
   217   218   219   220   221   222   223   224   225   226   227