Page 523 - antologiya - poeziya_175x250_Layout 1
P. 523
Akif Sÿmÿd
Nә oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gәlsin...
Beşdimi
Mәni sәhv yazdığım misra yandırır,
O misra, görәsәn, birdi, beşdimi?
Dağın o üzündә noğul paylanır, 523
O üzә tәlәsәn birdi, beşdimi?
Çaxır çox qalanda sirkә yaranıb,
Pәlәngdәn әvvәlcә tülkü yaranıb,
Dünya gözәllәrlә birgә yaranıb,
Sayasan, dәrәsәn, birdi, beşdimi?
Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirlәrin әlindә olmuşuq yesir,
Güllü gözәllәrin telinә bir-bir
Güllәri hörәsәn, birdi, beşdimi?
Hardasan
Könlümә baxdım, görmәdim,
Әfәndim, xocam, hardasan?
Ömür binama hörmәdim,
Yüksәyim, ucam, hardasan?
Bir dağı aşıb qalmışam,
Eşqә yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Әlәmәm, xaçam, hardasan?