Page 508 - antologiya - poeziya_175x250_Layout 1
P. 508
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Hәr an ömrün sonuna gedib qayıdır nәfәs...
Hәyat necә şirindir! Di gәl ki, ölmәk dә var,
Vaxt qatıb qabağına qovar mәni, hey qovar,
Şığıyar gün, әsәr yel, yağar yağış, tökәr qar,
Nә müdriklikdәn deyil, nә dә ki, bilmәmәkdәn,
Gah ölmәkdәn qorxuram, gah da ki, ölmәmәkdәn.
Deyilәni deyirәm: Dünya qızıl bir qәfәs,
Hәr an ömrün sonuna gedib qayıdır nәfәs,
Gözümdә min arzu var, içimdә min bir hәvәs,
Elә bil ki, indicә ayrılmışam imәkdәn,
Gah ölmәkdәn qorxuram, gah da ki, ölmәmәkdәn.
508
Çox ölüb-dirilmişәm, çox cәhәnnәm çәkmişәm,
Bulanmışam, lil kimi su dibinә çökmüşәm,
Dünәn gedib anamın qәbrinә baş çәkmişәm,
Asan nә var ki, ölüb geriyә gәlmәmәkdәn,
Gah ölmәkdәn qorxuram, gah da ki, ölmәmәkdәn.
Qurdla qiyamәtә qal... Uzansınmı bu şölәn?
Qorxuram ki, Adәmi keçib ondan gec ölәm,
Hardasan, gәl çıx görәk, ey o dünyadan gәlәn,
Bezmirmi cәnnәt әhli müftә xurma yemәkdәn?
Gah ölmәkdәn qorxuram, gah da ki, ölmәmәkdәn.
Әjdәr Ol, dığırlanıb boş-boşuna gedirsә,
Ölümdәn gözәl nә var, sәni xilas edirsә,
Әn uzun ayrılıqdır, xülasә, hәr nәdirsә,
Düşünmәkdәn yoruldum, çәnәm çıxdı demәkdәn:
– Gah ölmәkdәn qorxuram, gah da ki, ölmәmәkdәn.