Page 493 - antologiya - poeziya_175x250_Layout 1
P. 493
Nisÿ Bÿyim
* * *
Bir ağac yarpaq idik,
Tez açılıb – töküldük…
Buludların bәhsinә,
Göz yaşına büküldük…
Qәlbimiz danışanda
Sözdәn-sözә yazıldıq…
Sevginin güzgüsündә
Gözdәn-gözә asıldıq…
Günәşlә sabahlayıb, 493
Yağışlarla yazladıq…
Külәklәrә qoşulub
Xәzanla payızladıq…
Yalqızlaşan budaqlar
Başqa bahar gözlәdi…
Zaman öz tәnhalığını
Tәzә cildlә üzlәdi…
Bir ömrü qabıq-qabıq
Soyaraq yarpaqladıq…
Sonra bu çılpaqlığın
Üstünü torpaqladıq…