Page 498 - antologiya - poeziya_175x250_Layout 1
P. 498
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
әslindә adi bir gecәydi
eşikdә oynaşan uşaqların qar basmışdı sәs-küyünü
ölümsüzlük iksirinin qoxusunu gәzirdin – amma hanı?
demәli gәldiyin kimi dә gedәcәksәn, hә? amma hara?
demәli tәzәdәn pozulub yazılır bu saxtakarlıq
söylәyirdin
yığışdır sәccadәni demәyә gücün çatmırdı amma
әvәzindә qoy mey süzüm deyirdin dәrddaş keçib daha
divardakı iblis şәklindәn qalxan toza tüpürürdün
sonda mey badәsinin çırpıldığı divara
498 maddım-maddım baxırdın
bax, bax deyirdin ordan başlamalıydı hәr şey –
gözlәrinin dibinә saplanmış
qılınc tiyәsinә doğranan dәrdinә işarә edirdin sonra
amma bilmirdin ki orda
yuxusuzluğun nәdәni çürüyürdü çarәsiz işıqların
quraqlığında
әslindә adi bir gecәydi
qar basmışdı eşikdә oynaşan uşaqların sәs-küyünü
divardakı iblis şәklindәn qalxan toza tüpürürdün
üzgün bir dost sәsi çırpılırdı sәnә
o sәs: get, – deyirdi – tәrsa balası, sәn sәrxoşsan artıq
yetәr Şeirә damdığın