Page 492 - antologiya - poeziya_175x250_Layout 1
P. 492
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Hökmünә yetirә bilmәdi mәni,
Kök verib bitirә bilmәdi mәni.
Bu dünya götürә bilmәdi mәni,
Üstündәn ağır bir daş yola saldı.
Haradan haraya köç etdi zaman,
Nә yaxşı tanıdı, nә dә ki, yaman.
Heç kimә, heç nәyә vermәdi aman,
Bahar qarşılayıb qış yola saldı.
Uzaq xәyallarda qaldı ürәyim,
Özünә qapanıb daldı ürәyim.
492 Ömrә baxa-baxa doldu ürәyim,
Gözüm bulud-bulud yaş yola saldı.
* * *
Әllәrim soyuğa yumulur,
Ürәyim tәnhalığa.
Әsәn külәklәr baxmır
yadlığa,
doğmalığa.
Kiminsә qәlbinin bitdiyi yerdәn
başqa birisinin
ümidi başlar,
Heç yerdә tutulub qalmaz
dәrddәn sızan yağışlar.
Ömürdәn qopan anlar
uçur hey uzaqlığa,
Nә әlim,
nә ürәyim
yatmır bu yalqızlığa...