Page 491 - antologiya - poeziya_175x250_Layout 1
P. 491
Nisÿ Bÿyim
Bәlkә, dumanlıqda azıb bәxtiniz,
Bәlkә, vaxt yolunu uzaqdan salıb?
Bәlkә, gec oyanıb könül sevginiz,
Bәlkә, әlacınız son eşqә qalıb?
İndi yerә qoyur payız bәhrini,
İndi ömrün-günün miras vaxtıdır.
Kimi tәn bölünür, kimi әlәnir,
İndi çәkilәrin taraz vaxtıdır.
Hәrdәn tәbiәt dә çaşır sәmtini,
Hәrdәn müdriklәr dә uşağa dönür.
Hәrdәn ümidlәrin dikildiyi vaxt 491
Gizli ölәziyir, vәdәsiz sönür.
Rüzgarın gecikәn son baharına
Quru yarpaqların canı tökülür.
Qoca kötüklәrin üstünә bәzәn
Yaşıl budaqların qanı tökülür.
Hәyat bir kimsәyә vermir sirrini,
Deyir, düşünmәyә bir fürsәt dә var.
Bitsә dә dövranın sınaq möhlәti,
Hәlә yaşamağa bir qismәt dә var.
* * *
İkimiz bir çıxdıq baxtın ovuna,
Sәnә gülümsәyib xoş yola saldı.
Mәnә yar olmadı uğur mәlәyi,
Qırdı ürәyimi, boş yola saldı.
Bir ömrü sonadәk xәrac daşıdım,
Çarxı bәlam oldu, dәrdi yaşıdım.
Mәn könül evimdәn uzaq yaşadım,
İl ilә calanıb yaş yola saldı.