Page 473 - antologiya - poeziya_175x250_Layout 1
P. 473
ßëisÿmid Kör
Güzgüdә özünә baxıb göz vuran
O şux, o kür adam mәn deyilmişәm.
Adamlar dәyişir havalar kimi,
İlahi, mәn niyә dәyişmәmişәm!
Dünyaya piyada gәlib-gedәnlәr
Odur e, yanımdan atlanıb keçir,
Ürәk qızdırdığım, çörәk kәsdiyim,
Qәfildәn üstümdәn atdanıb keçir.
Mәn koram…
Sәn hara baxırsan Tanrım?!
Sәnin dә oyunun yamandan-yaman. 473
Haqqın tәrәzisi qurulan vaxtı,
Kiminә taxt verdin, kiminә palan.
Uzaqdan çәkilib baxdım özümә –
Bir dә üzә gülüb,
arxamca daş atanlara.
Yol üstә ilantәk qıvrılanlara.
Başımın üstündә qovğalar kimi,
Bu yağış adamlar, külәk adamlar,
Bu kәlәk oğlanlar, bu xәzәl qızlar
Dayanıb yolunda qovğalar kimi –
Adamlar dәyişir havalar kimi,
Niyә dәyişmәdin,
Cәfәrin oğlu?!.