Page 465 - antologiya - poeziya_175x250_Layout 1
P. 465
Baba Vÿçiroüëu
Mәn yelkәnsiz qayıq, sәn uzaq ada,
Sәn at belindәsәn, mәnsә piyada,
Bircә tәsәllim var mәnim dünyada,
Nә yaxşı sәn varsan, sevirәm sәni...
Bilirәm tәk yanan mәn olacağam
Bu da son ayrılıq, son dayanacaq,
Qismәtin әlindәn biz hara qaçaq?
Günah kimdә oldu bilmirәm, ancaq
Bilirәm tәk yanan mәn olacağam.
Bilmirәm sevincdәn ya qәmdәn oldu, 465
Bilmirәm dumandan ya çәndәn oldu,
Bәlkә dә, ayrılıq tәk sәndәn oldu,
Bilirәm tәk yanan mәn olacağam.
Min günah eylәdin sәn dönә-dönә,
Bağışladım sәni, sınadım yenә,
Yenә dә, yenә dә sәnin xәtrinә,
Bilirәm tәk yanan mәn olacağam.
Niyә ayrılırıq, hara gedirik?
Vurub qәlbimizә yara gedirik.
Bәlkә, ikimiz dә günah edirik,
Bilirәm tәk yanan mәn olacağam.
Bәlkә, bir yuxudur oyanmalısan,
Bәlkә, geri dönüb dayanmalısan.
Cәhәnnәm odunda sәn yanmalısan,
Bilirәm tәk yanan mәn olacagam.