Page 461 - antologiya - poeziya_175x250_Layout 1
P. 461
Fÿridÿ Hacûyeva
Ya rәbb, sәnә sığınıram
Әvvәl dә sәn, axır da sәn,
Uzaq da sәn, yaxın da sәn,
İman da sәn, qorxum da sәn,
Ya rәbb, sәnә sığınıram.
Bu yolların yolçusuyam,
Qәrib durna ovçusuyam,
Gözәlliyin yolçusuyam,
Ya rәbb, sәnә sığınıram.
Ürәyimin oduna dön, 461
Şirinliyin dadına dön,
Xoş arzu ol, yadıma dön,
Ya rәbb, sәnә sığınıram.
Dönәcәm
Yenә könlüm üzün tutub tanrıya,
Aman Allah! Bu gözәllik nәdәndi.
Ruhum mәnim qanadlanıb uçacaq,
Yerdә qalan göz-görәsi bәdәndi.
İlahilәr hәzin-hәzin dillәnir,
Öz dünyamın avaz dolu әsәri.
Yol gedirәm, yollar mәnә әl verir,
Gözәllikdi, gözәllikdi sәbәbi.
Pәrvazlanıb, mәlәklәnib elәcә,
Könüllәrә nurdan çәlәng hörәcәm.
Dostlarımın arasında sәssizcә,
Pәrvanәtәk gecә-gündüz dönәcәm.