Page 464 - antologiya - poeziya_175x250_Layout 1
P. 464

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Nә yaxşı sәn varsan...


                        Gözlәrim әbәdi gözünә hәsrәt,
                        Qulağım bir şirin sözünә hәsrәt,
                        Özüm bu dünyanın özünә hәsrәt,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.

                        Bilmirәm gözlәrin necәdir sәnin?
                        Saçların bir zulmәt gecәdir sәnin,
                        Bilmirәm yaşını neçәdir sәnin,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.


             464        Çәtin yollar keçdim, yaman yoruldum,
                        Sevgi bulağından içdim, duruldum,
                        Mәn sәni görmәdim, sәnә vuruldum,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.


                        Sәn hardan gәlirsәn, yolun haradır?
                        Bәlkә dә, ürәyin, qәlbin yaradır,
                        Bәlkә, taleyimtәk saçın qaradır,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.


                        Bircә yol üzünü görmәsәm dә mәn,
                        Yolunda bircә gül dәrmәsәm dә mәn,
                        Könül açıb, könül vermәsәm dә mәn,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.


                        Dünya dağılmaz ki, sәn mәnim olsan,
                        Gәlib ürәyimi, könlümü alsan,
                        Bәlkә, bir yuxusan, şirin xәyalsan,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.


                        Sәnә olan sevgim könül sәsimdir,
                        Bir xәzan çağında yaz hәvәsimdir,
                        Bilirәm, sәn varsan mәnim bәsimdir,
                        Nә yaxşı sәn varsan, sevirәm sәni.
   459   460   461   462   463   464   465   466   467   468   469