Page 388 - antologiya - poeziya_175x250_Layout 1
P. 388

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      Sağ ol, ana dilim


                                      Yollarım sınandı yad ölkәlәrdә,
                                      Neçә yad dodaqda sәslәndi adım.
                                      Sağ ol, ana dilim, mәni heç yerdә
                                      Kömәksiz qoymadın, yalqız qoymadın.

                                      Barmağım altında düymә fırlanır,
                                      Londonla, Parislә yanaşı Bakı…
                                      Doğma sözlәr üçün darıxan hanı?
                                      Deyin qoy dinlәsin: “Danışır Bakı!”


             388                      Danışır, açılır ömrün baharı,
                                      Dünyaya mәn onun qoynundan uçdum.
                                      Mәnim ürәyimin antenaları
                                      Gözәl Azәrbaycan dilinә tuşdu.


                                      Döyüşdә qılınctәk sıyrıldı qından,
                                      Başımın üstündә bayrağım oldu.
                                      Torpağım ikiyә bölünәn zaman
                                      Bu dil bölünmәyәn torpağım oldu.


                                      Utansın tarixә dәllallıq edәn,
                                      Tarix qapısına açar sözlәr var.
                                      Pәrdәni qaldırsan, beş-on kәlmәdәn
                                      Qondarma cildlәr tar-mar olar.


                                      Bu dildә sevincim, qәmim, kәdәrim
                                      Tәzә ümidlәrә açılan sәhәr.
                                      Bu dilin reaktiv tәyyarәlәri
                                      Araz sәrhәddini qıran kәlmәlәr.


                                      İpәk nәğmәlәrim güllәbatmazdı,
                                      Qolunu qandalla bağlamaq olmaz.
                                      Bu taydan o taya arxayın keçәn,
                                      O taydan bu taya arxayın keçәn
                                      Dilin sәnәdini yoxlamaq olmaz,
                                      Sevginin yolunu saxlamaq olmaz!
   383   384   385   386   387   388   389   390   391   392   393