Page 389 - antologiya - poeziya_175x250_Layout 1
P. 389

Sabir Röstÿmxanlû




                             Sağ ol, ana dilim, ana öyüdüm,
                             Füzuli eşqindәn divanә dilim.
                             Ürәyim başına nәfәs dәrmәdәn
                             Fırlanıb kül olan pәrvanә dilim.


                             Hanı xanım çaylar, hanı bәy göllәr,
                             Dillәrdә cücәrәn yurdun izidir.
                             Yüz yol yaralanmış doğma kәlmәlәr
                             Xalqımın döyüşlәr xәritәsidir.


                             Ala dağ, Qara dağ…di seç, di ayır,
                             Dağları basılmaz ordum sanmışam.
                             Harda bircә kәlmә sözüm yaşayır,                       389
                             Oranı halalca yurdum sanmışam.


                             Üstünә yüyürdü Quran dillәri,
                             Peyğәmbәr dillәri, qanun dillәri…


                             Qapılar dalında qoydular sәni,
                             Haqq dedin, dabandan soydular sәni,
                             Ancaq mәhv olmadın, anam, can dilim,
                             Ordular sarsıdan qәhrәman dilim!

                             Ömrüm qırılmazdı, yol qırılsa da,
                             Sәninlә hәmişә mәn üzüağam.
                             Bәdәnim torpağa tapşırılsa da,
                             Ruhumu mәn sәnә tapşıracağam




                             O torpaq bizlәri götürmәyәcәk


                             Üzümә dağların nәfәsi dәyir,
                             Alışır, danışır, yanır, inlәyir.
                             Torpağa qayıtmaq asan iş deyil,
                             Bu zülmü bir qәrar bitirmәyәcәk,
                             O torpaq bizlәri götürmәyәcәk!
   384   385   386   387   388   389   390   391   392   393   394