Page 390 - antologiya - poeziya_175x250_Layout 1
P. 390
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Vәtәn dağlarında daş olanındı,
Göyündә qanadlı quş olanındı,
Sinәsin açmağa xış olanındı,
Ağac әk, toxum sәp, yetirmәyәcәk,
O torpaq bizlәri götürmәyәcәk!
Nә vaxt söz sәpmişәm söz göyәrdibdi,
Çaşıb köz sәpmişәm köz göyәrdibdi,
Әyri әkdiyimi düz göyәrdibdi,
Get, dәrdini ovut, başına әl çәk,
O torpaq bizlәri götürmәyәcәk!
390 Hәr daş qulağında dilini atdın,
Hәr ev divarında әlini atdın,
Özün ölmәkdәnsә ölünü atdın,
Nә qәdәr istәsәn ağla, haray çәk,
O torpaq bizlәri götürmәyәcәk!
Bircә yol qorxudan sıyrılmadınsa,
Hәr daşa, ağaca sarılmadınsa,
Vәtәni qaldırıb qırılmadınsa,
Ruhun da o yurda dönmәsin gәrәk,
O torpaq bizlәri götürmәyәcәk!
Bәlkә, qulu olaq, nökәri olaq,
Bәlkә, Tәrtәr olaq, Hәkәri olaq,
Namusun haqq-hesab çәkәni olaq,
Yoxsa hәr dönüşlә soyumaz ürәk,
O torpaq bizlәri götürmәyәcәk!
Bu Vәtәn dәrslәri üsullanmadan,
Gözündә hәr daşı qızıllanmadan,
Hәrә öz içindә qüsullanmadan,
Üz tutub, yalvarıb tövbә etmәsәk,
Bu torpaq bizlәri götürmәyәcәk!