Page 382 - antologiya - poeziya_175x250_Layout 1
P. 382

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû



                         Biri vardı, biri yox...


                        Olan olub, keçәn keçib, bәlkә dә,
                        İndi daha kövrәlmәyin yeri yox.
                        Ömrüm boyu belә gәlib mәnimki,
                        Әvvәlindәn biri vardı, biri yox.

                        Uzaqdaydı mәn istәyәn ocaqlar,
                        Ürәyimdәn gәlib keçdi sazaqlar.
                        Atalıydı, analıydı uşaqlar,
                        Bizim evdә biri vardı, biri yox.


                        Gözlәrimә doldurmuşam yağışı,
             382        Bir köynәkdә çıxarmışam mәn qışı.
                        Şalvar-pencәk geyinirdi tay-tuşum,
                        Mәndә isә biri vardı, biri yox.


                        Üzüm güldü, tәlәbәyәm deyәndә,
                        Sıxılırdım dost pencәyi geyәndә.
                        Müәllimlә dil tapa bilmәyәndә,
                        Qiymәtimin biri vardı, biri yox.

                        Qәlbim yandı ilk sevgimdәn, eşqimdәn,
                        Dara düşdüm, әl ummadım heç kimdәn.
                        Mәclislәrdә can deyib can eşidәn
                        Dostlarımdan biri vardı, biri yox.

                        Mәn orduya nәlәr görüb getmişdim,
                        Ürәk alıb, ürәk qırıb getmişdim.
                        İki qıza könül verib getmişdim,
                        Qayıdanda biri vardı, biri yox...

                        Uzaq gәzdi әmi, dayı, bibilәr,
                        Sözarası mәnә “evlәn” dedilәr.
                        Nişan üçün iki şey istәdilәr,
                        Mәndә isә biri vardı, biri yox.

                        Vaxt gәlәcәk bu günü görәcәksәn,
                        Çox suala gözünü döyәcәksәn.
                        Vaxt gәlәcәk sәn özün deyәcәksәn,
                        Deyәcәksәn: “biri vardı, biri yox!”
   377   378   379   380   381   382   383   384   385   386   387