Page 381 - antologiya - poeziya_175x250_Layout 1
P. 381

Nösrÿt Kÿsÿmÿnli




                Getmәk istәyirsәn, bәhanәsiz get


               Gәtmәk istәyirsәn, bәhanәsiz get,
               Oyatma mürgülü xatirәlәri.
               Sәsin hәmin sәsdir, baxışın ögey,
               Gedirsәn, sәsin dә yad olsun barı...

               Sәn dәniz qoynuna tullanmış çiçәk,
               Üstünә dalğalar atılacaqdır.
               Saxta mәhәbbәtin saxta sәnәdtәk
               Nә vaxtsa üstündә tutulacaqdır.


               Döşәnib yollartәk ayaqlarına
               Sәnә yalvarımmı?... bu mümkün deyil!                                 381
               Qoymaram qәlbimtәk vüqarım sına,
               Alçalıb yaşamaq ömür-gün deyil.


               Demirәm sәn uca bir dağsan, әyil,
               Demirәm qalıbdır әlacım sәnә.
               Nә sәndә mәhәbbәt qara pul deyil,
               Nә mәn dilәnçiyәm әl açım sәnә...

               Getmәk istәyirsәn... O yol, o da sәn...
               Bir cüt göz baxacaq arxanca sәnin.
               Getdinmi... Nә vaxtsa dönmәk istәsәn,
               Tikanlı yastığa dönәcәk yerin.


               Getmәk istәyirsәn... Nә danış, nә din!
               Yox ol uzaqlartәk dumanda, çәndә...
               Nәyimi sevmişdin? Deyә bilmәdin,
               İndisә yüz eyib görürsәn mәndә.


               Getmәk istәyirsәn, bәhanәsiz get,
               Oyatma mürgülü xatirәlәri.
               Sәsin hәmin sәsdir, baxışın ögey,
               Gedirsәn, sәsin dә yad olsun barı...
   376   377   378   379   380   381   382   383   384   385   386