Page 378 - antologiya - poeziya_175x250_Layout 1
P. 378

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû








                                 İnanma...


                                 Bir zamanlar lәngiyәndә bircә an,
                                 Dönә-dönә sәslәnәrdi: “Yubanma!”,
                                 Söylәnәrdi: “Nә intizar, nә hicran?”
                                 Mәnә inan, ayrılığa inanma!”.

                                 Oxuyardı: “Sәnә ümid bağlaram,
                                 Tәkcә sәni ürәyimdә saxlaram,
                                 Unudulsam, elә sellәr ağlaram –
             378
                                 Bu cür dәli leysan yağa, inanma!”.

                                 Ovsunladı bir sehrli gülüşnәn,
                                 Atıb getdi saçımdakı gümüşnәn,
                                 Tox oldusa bir ötәri görüşnәn –
                                 Yalvarsan da, qayıtmağa inanma.

                                 Xatırlayıb yalan andlar içәni,
                                 Varaqladım o yağmurlu gecәni;

                                 Görmәyincә yar könlünnәn keçәni –
                                 Ürәyindә saxlamağa inanma...


                                 Kimә çatdı bәslәdiyin güllәrin,
                                 Nә bilәrsәn hәsrәtisәn kimlәrin?
                                 Qәfil gәlib, oxşadığın әllәrin
                                 Gözlәrini bağlamağa inanma...
   373   374   375   376   377   378   379   380   381   382   383