Page 379 - antologiya - poeziya_175x250_Layout 1
P. 379
Vahid ßziz
Oxşamır...
Sәsi elә hәzin gәlir;
Amma kamana oxşamır,
Nәdәn deyib, nәdәn dinir? –
Kömәk umana oxşamır.
Şumda oldum öküz tayı,
Bu üz bizim, o üz – tayı,
Yaxşılığın әkiz tayı,
Yaman-yamana oxşamır. 379
Odlananın canı yanar,
Külә dönәr damar-damar,
Dövran – kimә desәn yanar,
Mәnә yanana oxşamır.
Günәş gәtirәr sabahı,
Doğmuş üfüq hәlә zahı!
Qalma burda, söz sәrrafı –
Sәnin yuvana oxşamır.
Qırmaz onu qorxu-hәdә,
Aşiq qәfәsә düşsә dә,
Ürәk hәvәsә düşsә dә,
Könül cavana oxşamır.
Qeydimә qaldığın nәdi?
Nә verdin, aldığın nәdi?
A dünya, çaldığın nәdi? –
Köhnә havana oxşamır...