Page 368 - antologiya - poeziya_175x250_Layout 1
P. 368

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      Qarabağım – qara bağrım...


                                 O dağlara sarı
                                 gedәn o uşaqların
                                 toylarına çox vardı,
                                 toy yaşına çatmadılar.


                                 O dağlara sarı
                                 gedәn o uşaqların
                                 ana gözü oxşayan
                                 boylarına çox vardı hәlә.
                                 öz boylarına çatmadılar.
             368
                                 Nә deyib getdilәr,
                                 niyә getdilәr?..
                                 And içmişdilәr
                                 Halal südә, halal çörәyә.
                                 And içmişdilәr
                                 ayaqlarının altındakı ana torpağa,
                                 quma, kәsәyә,
                                 çınqıla, daşa.


                                 Belә müqәddәs and olan yerdә
                                 kimdi baxan boya,
                                 kimdi mәhәl qoyan yaşa?..


                                 Getdilәr, getdilәr
                                 dağlara sarı.
                                 Getdilәr
                                 yanar kökslәrindә,
                                 odlu sinәdә
                                 qәrәnfil bitirmәyә, gül bitirmәyә.


                                 Getdilәr ulu, әbәdi dağlardan
                                 әbәdi ölümsüzlük gәtirmәyә...
   363   364   365   366   367   368   369   370   371   372   373