Page 373 - antologiya - poeziya_175x250_Layout 1
P. 373
Vaqif Èbrahim
Bәşәrin sabahına
İndidәn cavabdehәm.
Düşünürәm anbaan:
Taleyim dә özümә
әgәr tapşırılmasa,
Özümü insan sana
bilәrәm nә haqla mәn?
İnsanam, әsl İnsan!
Dünyanın taleyinә
Cavabdeh olmaqla mәn!!!
373
Sәni düşünürәm
Gecә...
sәni düşünürәm,
gecәm –
ovcumda sıxdığım kağız kimi
әzik, qırışıq...
Küçәyә _
pәncәrәmdәn,
ürәyimә –
uzaq-uzaq xatirәlәrdәn
düşür işıq...
Hәyat ağacı
Hәyat nәhәng,
Qocaman ağacdır,
bizik barı.
Qәbirlәr bu ağacın
xәzan vurmuş-tökülmüş
sapsarı yarpaqları.