Page 372 - antologiya - poeziya_175x250_Layout 1
P. 372

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû






                                      Qәlbimdә hәmişә doğmadır yerin,
                                      Sәninlә könlümә bir qürur gәlib.
                                      Silinib toz basmış pәncәrәlәrin,
                                      Elә bil gözünә işıq, nur gәlib.

                                      Dәyişib sәmtini zaman da sanki,
                                      Salıb öz yolunu indi yanından.
                                      Bacadan yüksәlәn tüstü deyil ki,
                                      Çәkdiyin hәsrәtdi çıxır canından.




             372                      Cavabdehәm

                                      Ömrüm qürub elәyәn
                                      Minlәrin, milyonların
                                      Ömrünün davamıdır.
                                      Bu şәrәfli bir ömrә
                                      Dünyada cavabdehәm.
                                      Adım,
                                      Mәnә әn yaxın
                                      bir insanın adıdır,
                                      Bu ada cavabdehәm...
                                      Özümә cavabdehәm.
                                      Ömrümdәn düşüb qalan
                                      İzimә cavabdehәm...
                                      Narahatam hәr zaman.
                                      Ömrümün üfüqündәn boylanan
                                      Qara gözlü, gülәr üzlü
                                      Bir qıza cavabdehәm.
                                      O, yadıma düşәndә
                                      Qәlbim sәrinlik içir...
                                      İnsanam, bәli, insan!
                                      Bu dünyanın taleyi
                                      Gәlib әlimdәn keçir...
                                      Buna görә dünyaya
                                      Bәli, mәn cavabdehәm.
   367   368   369   370   371   372   373   374   375   376   377