Page 364 - antologiya - poeziya_175x250_Layout 1
P. 364
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Bir az gün ağlasaq varaqlara da,
Şam kimi әriyәn qәlәmә dә biz;
Gecәyә göz olan çıraqlara da,
Söz adlı bu yazıq alәmә dә biz...
Bir az gün ağlasaq ötәn çağlara,
Bir az gün ağlasaq qeyrәtimizә –
Bu düşmәn deyilәn qalar ağlara,
Yad әli ömründә qalxmazdı bizә.
364 Bir az gün ağlayaq – diz çökürәm mәn,
Qoruyaq millәtin körpәlәrini;
Onları göz üstә saxlasın vәtәn –
Bu gündәn sabaha körpülәrini...