Page 369 - antologiya - poeziya_175x250_Layout 1
P. 369

×ingiz ßlioülu




                         Mәhәbbәt düsturu


                         Oxşardır sevginin tarixçәlәri...
                         Yatmışdıq yuxudan ayıldıq, әlbәt!
                         Belәdir bir eşqin nәticәlәri
                         Üstәgәl ayrılıq, çıxaq mәhәbbәt...


                         Heç kimә dәrs deyil, olub-olacaq...
                         Hәzz ilә zülm edir özünә millәt.
                         Sәndәn gördüklәrim bunlardır ancaq
                         Üstәgәl mәşәqqәt, çıxaq mәrhәmәt...


                         Hәr şeydә günahkar tәk mәni saydın,                        369
                         Biz necә olaydıq sәninlә xoşbәxt?!
                         Cәbrinin cavabı öncәdәn aydın,
                         Üstәgәl haqsızlıq, çıxaq әdalәt!!!


                         Nә günә qoyurdu mәni o eşqin,
                         Hardandı sәndәki bu kin, küdurәt?!
                         Hasilә nә qaldı, indi bax sevin...
                         Üstәgәl miskinlik, çıxaq әzәmәt...


                         Dedilәr sınama, sınanan haqdı,
                         Әzilәn adamdan umma dәyanәt.
                         Gör gәlib axırı hayana çıxdı! –
                         Üstәgәl xәyanәt, çıxaq sәdaqәt...


                         Mәn ülfәt unadım, sәn hәsrәt dedin...
                         Dözümә tapmadım özümdә qüdrәt!
                         İndi bu qalığı haqq-hesab edin
                         Üstәgәl fәlakәt, çıxaq sәadәt...
   364   365   366   367   368   369   370   371   372   373   374