Page 371 - antologiya - poeziya_175x250_Layout 1
P. 371

Vaqif Èbrahim







                              Sәnsiz  darıxmışam


                             Şәhәr evlәrinә sığışmıram  mәn,
                             Beton divarları, de, necә sevim?
                             Çoxdandır yanına yığışmıram mәn,
                             Bağışla sәn mәni, ay ata evim.


                             Yoruldun sәn mәnә “gәl”, “gәl” demәkdәn,
                             Tükәndi söhbәtin, qurudu arxın.
                             Arxamca boylanıb yol gözlәmәkdәn,
                             Gözün nurdan düşdü,                                    371
                             söndü çırağın...
                             Gәlir uşaqlığım, gәlir yadına,
                             Necә oxşayardım çәmәn telini.
                             Sәslәyib yoruldun,
                             saldın yanına
                             Bacandan yüksәlәn tüstü әlini.

                             Bilirәm, әlini mәndәn üzәrәk
                             Küsüb oturmusan daş üstündә sәn.
                             Mәni görәn kimi, sandım uşaqtәk
                             Sevincdәn üstümә yüyürәcәksәn...

                             Sәnsiz darıxmışam, darıxmışam mәn,
                             Hasarın boyuma sanki biçilib.
                             Mәn qoyub getdiyim o ev deyilsәn,
                             Bir az sınıxmısan,
                             Boyun kiçilib...

                             Üfürüb sobanı nәfәsimlә mәn,
                             Çoxdan oxşamıram tüstü telini.
                             Odunlar istidәn bişәn, lәhlәyәn,
                             İt kimi çıxartmır alov dilini.
   366   367   368   369   370   371   372   373   374   375   376