Page 363 - antologiya - poeziya_175x250_Layout 1
P. 363
Sÿyavuø Sÿrxanlû
Mәәttәl qalıram düşәndә yada –
Niyә böyüdükcә kiçildiniz siz?
Sağlıq dediyiniz büllür badәdә
Kimin göz yaşını içirsiniz siz?!
Nә cür unutdunuz... yaşayıb ölmәk –
Addan-sannan ötrü ölmәk deyil ki?
Bir dә... beş-üç qızın xoşuna gәlmәk,
Beş-üç ağlı dazın xoşuna gәlmәk, 363
Beş-üç kәmavazın xoşuna gәlmәk,
Lap min yaramazın xoşuna gәlmәk –
Bir xalqın xoşuna gәlmәk deyil ki!
Hәlә kefiniz kök,
Halınız xoşdur,
Hәrәniz bir ciyәr parası kimi,
Haçan qayıtsanız, yeriniz boşdur
sinәmdә bir güllә yarası kimi!..
***
Ömür bir alәmdir, qayğı min alәm.
Qayğıdan don biçәk düzә, dağa da.
Di gәl, başqaları küsmәz deyirәm,
Bir az gün ağlasaq özümüzә dә.
Bir az gün ağlasaq – dünya dağılmaz,
Eldә yetim qalan işıqlara da.
Sübhәcәn gözlәrә qanlar sağılmaz,
Bir az gün ağlasaq aşıqlara da.