Page 252 - antologiya - poeziya_175x250_Layout 1
P. 252

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                    Son sәadәtim


                                   Bütün sәadәtlәr çıxdı әlimdәn,
                                   Gecә Ay nuruna boyanmağım da.
                                   Başımın üstündә dәftәr-qәlәmim,
                                   İlham “Oyan!” desә, oyanmağım da.

                                   Bütün sәadәtlәr çıxdı әlimdәn,
                                   Bağımda, alnımı silәn çağımda
                                   Çәnәmi söykәyib belin sapına
                                   Azca nәfәs dәrib dayanmağım da.


             252                   Bütün sәadәtlәr çıxdı әlimdәn,
                                   O “Baba!” deyәndә, mәn “can!” deyәndә
                                   Gözlәri әlimә baxan balama
                                   Bir naringi verib әylәnmәyim dә.

                                   Bütün sәadәtlәr çıxdı әlimdәn,
                                   Xalqımın haqq sözә möhtac günündә
                                   Әn uca dağ başı – söz kürsüsündәn
                                   Növ-növ düşmәnlәri faş etmәyim dә.


                                   Bütün sәadәtlәr çıxdı әlimdәn,
                                   O әziz çağları kim unudur, kim?
                                   Alıb göy Xәzәri qanadlarıma,
                                   Altunsuya qәdәr üzüb getmәyim...

                                   Bir misqal, bir gilә sәadәt üçün
                                   Mәn nәlәr çәkmişәm, bilirsәn, Allah!
                                   Bircә qәlәmimә çatır son gücüm,
                                   Bu son sәadәti әlimdәn alma!


                                   Adil, mәrhәmәtli, әdalәtlisәn,
                                   Bu son sәadәti әlimdәn alma!
   247   248   249   250   251   252   253   254   255   256   257