Page 255 - antologiya - poeziya_175x250_Layout 1
P. 255
Xÿlil Rza Ulutörk
Sәmәndәrsәn, Prometeysәn –
Qalx ayağa, Azәrbaycan!
Bu meydanın dörd yanı tank,
Sәn tank ara qocaman dağ.
O eybәcәr tırtılları,
O zirehi... alovvarı
Pak nәfәsin yandıracaq!
Bu gün bәxtin öz әlindә,
Eraların özülündә
Ey әbәdi yanar ocaq!
Şumerәcәn, Oderәcәn
Ey şölәsi göynәn uçan!
Qalx ayağa, Azәrbaycan!
255
Kim çağırdı o tankları,
Tanı yurdu satanları!
Atıb yurdu, alıb xalqı
Yalnız rütbә tutanları!
Hüzuruna çıxa bilmir
Kömürdәn dә üzüqara.
Papağını tәhvil versin
Kişi ruhlu qadınlara.
Ey dostundan uzaq düşüb,
Düşmәnini bәzәn qucan,
Seç qaradan ağı, ayır,
Qalx ayağa, Azәrbaycan!
Alәm bilir, sәn nә qәdәr
İstiqanlı, mehribansan.
Güllәrini dosta, yada
Bәxş elәyәn gülüstansan.
Bu sahildә Odlar yurdu,
O sahildә Türküstansan.
Müsәlmanlıq sәdlәrinә
Sığışmayan müsәlmansan.
Xaçpәrәst dә, buddaçı da
Üzündәki nura heyran.
Sevir türkü altı qitә,
Sevmәyәnlәr türkә qurban.