Page 256 - antologiya - poeziya_175x250_Layout 1
P. 256
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Ey qaranlıq gecәlәrdә
Ülkәr kimi oyaq qalan,
Daş asfaltdan, yaş asfaltdan
Antey kimi qüvvәt alan,
İldırımdan sürәt alan,
Qasırğadan cürәt alan,
Yandırdığı ocaqlartәk
Bu dünyaya şölә saçan!
Qalx ayağa, Azәrbaycan!
Neçin şeirim sona yetmir?
Çünki qanlı bir ümmansan.
Әsrlәrin arxasında
256 Tomris – dişi bir aslansan.
Keyxosrovlar qılıncını
Qırıb atan pәhlәvansan.
Günәş dadı, Şah Xәtayi,
Ulu Babәk, Cavidansan,
Yazıb inәk dәrisinә
“Avesta”nı, yaşadansan.
Qoşqarından ayrı düşәn
Qaflankuhsan, Savalansan.
Asimanlar genişlәnәr,
Bir gün qalxıb havalansan.
Әvvәl-axır susacaqdır
Zingildәyәn, donquldayan.
Karvanını saxlayammaz
Nә “ov”, “zadә”, nә “pur”, nә “yan”
Beş qitәyә nurun әyan,
Haqqın özü sәnә hayan.
Suyu şәrbәt, daşı mәrcan –
Qalx ayağa, Azәrbaycan!
Dәmir-beton qapıları
Tay-tay açan, şölә saçan,
Yer titrәdәn, göy gurladan,
Ulduzları öpüb qucan,
Nә yaralı, nә yarımcan,
Bizә nәfәs, bәşәrә can –
Qalx ayağa, AZӘRBAYCAN!