Page 250 - antologiya - poeziya_175x250_Layout 1
P. 250
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Qadına mәktub
Sizin qızınızla görüşürük biz,
Gedirik gah yolla, gah kәnar izlә.
Bunu mәn bilirәm, siz bilmirsiniz,
O gәlir sizin öz icazәnizlә.
Tәlәbә yoldaşı, rәfiqәsi var,
İşi dә çox olur, bәzәn dәrsi dә.
Mәnәm qızınızın, necә deyәrlәr –
“tәlәbә yoldaşı”, “rәfiqәsi” dә.
Mәn başa düşürәm, siz anasınız,
250
Ürәyә sığışmır adi hәyәcan.
O, evә dönüncә nigaransınız,
Evdә olanda da mәnәm nigaran.
Bir ömür mәnzili uzun, ya qısa...
Mәhәbbәt, doğmalıq – hansı qәdimdir?
O sizin adicә qızınızdısa,
O mәnim yeganә sәadәtimdir.
Siz dә heyransınız, mәn dә bir qıza,
Kimin qapısından o girmәlidir?
Dünya elәdir ki, biri tapırsa,
Biri... tәbiidir, itirmәlidir.
Duruluq rәmzidir sizin qızınız,
Gözündәn oxunur qәlbi, istәyi.
Sizin bu sevdada uduzmağınız,
Sizin borcunuzdur, mәnim qismәtim.
Sizin adınıza hörmәt, ehtiram,
Qadın qarşısında baş әyir alәm.
Mәn dә baş әyirәm, vidalaşıram –
Qızınız gәlәcәk, mәn getmәliyәm.