Page 253 - antologiya - poeziya_175x250_Layout 1
P. 253

Xÿlil Rza Ulutörk






                           Mәnim ömrüm


                           Mәnim gözlәrimdә qәm görmәk olar,
                           Mәnim gözlәrimi nәm görmәk olar,
                           Ancaq peşmanlıqdan bir kölgә, bir iz
                           Heç vaxt gözlәrimdә görmәyәcәksiz.

                           Gözәl yaşamışam mәn öz ömrümü,
                           Onu zәrgәr kimi naxışlamışam.
                           Gül-çiçәk kimi yox, duz-çörәk kimi
                           Möhtac olanlara bağışlamışam.
                                                                                    253
                           Dәftәrim, qәlәmim döyüş bayrağı,
                           Masamın ardında sәngәr qurmuşam.
                           Çırmayıb qolumu bağban sayağı
                           Ömrümü yüz ömrә calaq vurmuşam.

                           Dünya od tutardı, bulaq ömrümü
                           Ona damcı-damcı içirmәsәydim.
                           Sönәrdi kәhkәşan, çıraq ömrümü
                           Onun gözlәrinә köçürmәsәydim.


                           Gözәl yaşamışam bahar ömrümü,
                           Demişәm: sıxılma, qısılma, şığı!
                           Üzәn donanmalar yelkәn istәyir,
                           Döyüşәn kişilәr ruh azadlığı.

                           Ocaq ol, atәş ol boranda, qarda,
                           Od görәn qurdların gözlәri sönsün.
                           Bircә çınqı boyda işaranlar da
                           Sәnin nәfәsinlә atәşә dönsün.


                           Mәnim qaynar ömrüm, sal qayalardan
                           Dәnizә can atan daş şәlalәsi,
                           Şәrin ortasından dәmir paz qoyan
                           Odunçu baltası, kişi qüvvәsi.
   248   249   250   251   252   253   254   255   256   257   258