Page 247 - antologiya - poeziya_175x250_Layout 1
P. 247

Nÿriman Hÿsÿnzadÿ




                           Nә qәribәdir?!


                           Elә dayanırsan, elә baxırsan,
                           Elә bil qarşında quru bir daşam.
                           İpәk saçlarını bir vaxt oxşayan,
                           Elә bil hardasa mәn olmamışam.


                           Sәni dostlarımla, tanışlarımla,
                           Mәn tanış edәrdim nә vaxtsa bir-bir.
                           İndi özgәlәri yad ehtiramla,
                           Deyirlәr tanış ol...
                           Nә qәribәdir?!
                                                                                    247
                           Yuxuda görәrdin nә vaxtsa hәr dәm
                           Yolumu gözlәrdin yollardan uzaq.
                           Mәn sәnin yuxundan çıxıb gәlmişәm,
                           Bu da bir yuxudur,
                           gәl tanış olaq.

                           Qoluna girәrdim...
                           bu, yadındadır,
                           gedәrdik...
                           yolumuz, arzumuz şәrik.

                           Hayanda oldumsa
                           sәhәr, ya axşam,
                           Aradın sәn mәni, gördün sәn mәni.
                           İndi gözlәrinin qabağındayam,
                           Hayanda durum ki, görәsәn mәni?




                           Tәlәbәlik


                           Durur ayrıldığım kölgәli çinar,
                           Durur Gәncәdәki bizim institut.
                           Xәyalım bir yerdә tutmadı qәrar,
                           İllәri andırdı bir anlıq sükut.
   242   243   244   245   246   247   248   249   250   251   252