Page 249 - antologiya - poeziya_175x250_Layout 1
P. 249
Nÿriman Hÿsÿnzadÿ
Fikir ver hökmünә sәn misalların,
Deyir su quyunun dibindә olur.
Hayıf ki, ürәyi bәzi qızların
Başqa oğlanların cibindә olur.
Qoy bir söz dә deyim, çıxarma yaddan,
Bu da, necә deyәr, bir mәslәhәtdi.
Çalış ki, әvvәlcә yanılmayasan,
Tәәssüf, ikinci mәğlubiyyәtdi.
Ömrün yolları da pillәkan kimi,
Gendәn ucalara lap çox baxmışam.
Mәn o pillәlәrlә bir insan kimi
Gör ki, necә gәlib, necә qalxmışam. 249
Nәrdivan
Bu dünya nәrdivandı.
Qalxanda mehribandı,
Enәndә nә yamandı.
Görüşdük pillәlәrdә,
Yolun yarısında biz.
O qalxırdı bu dәmdә,
Mәn enirdim xәbәrsiz.
Onu arzularına
Qaldırırdı nәrdivan,
Mәni xatirәlәrә endirirdi.
Bu zaman,
Birimiz – günçıxana,
Birimiz – günbatana…
Qalxa bilmәzdim daha,
Nә o güc, nә o taqәt.
O da enә bilmәzdi.
Haqlı-haqsız,
vermişdi öz hökmünü tәbiәt.
Gәrәk ya düşmәyәydi
Bu görüş heç araya.
Ya o әvvәl gәlәydi,
Ya mәn sonra dünyaya.