Page 245 - antologiya - poeziya_175x250_Layout 1
P. 245
ßli Kÿrim
Babәkin qolları
Qolu sındırılmış Babәk,
Yurdu yandırılmış Babәk.
Qan rәngli bir arabada,
Şәrq boyda bir xarabada,
Söyә-söyә,
Döyә-döyә,
Hamıya görk olsun deyә,
Kәnd-kәnd gәzdirilәn Babәk,
Ölübәn-dirilәn Babәk;
Qollarını görmәyәndә
Azca rahat olan Babәk; 245
Bir qırmızı yuxu içrә,
Uzaqlara dalan Babәk.
Deyәn Babәk: – Aman dostlar,
Hücum çәkin qoşun-qoşun,
Orda mәnsiz qılınc çalan
Qollarımla bir vuruşun.
***
Bәzәn haqq qazanır insan ölәndә,
Hәtta unudulur ağır günahı.
Hamıya dәrd olur “cavan getmәyi”
“Olduqca az görüb, az yaşamağı”.
Deyirlәr: “Bilsәydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdәn iraq?
Hәr bir dәrdinә dә çarә qılardıq,
Nә bilәk o belә az yaşayacaq…”
Eh, bu gün nә qәdәr xәyala daldım,
Eh, qәlbim nә qәdәr alışdı, dindi.
Sәn mәnim qәdrimi bilәsәn deyә
Bu cavan yaşımda ölümmü indi?!