Page 181 - antologiya - poeziya_175x250_Layout 1
P. 181

Èslam Sÿfÿrli


                        Әbәdi beşik


                        Babamızın
                        kölgәli
                        çәtri bu torpaqdadır,
                        qәbri bu torpaqdadır.


                        Nәnәmizin
                        gül kimi
                        әtri bu torpaqdadır,
                        qәbri bu torpaqdadır.


                        El qәdrini
                        bilәnin                                                     181
                        qәdri bu torpaqdadır,
                        qәbri bu torpaqdadır.


                        Mәn dә qızıl şahinәm,
                        Aranlıyam, dağlıyam!
                        Ulu әcdadım kimi
                        Torpağıma bağlıyam.


                        O –  olum beşiyimdir,
                        O –  ölüm beşiyimdir!..



                        Sәnә qurban canım, Azәrbaycanım!


                        Torpağın әtrini sinәmә çәkdim,
                        dodağım gül açdı,
                        ürәyim çiçәk.
                        Xәzәr sahilindә bir çinar әkdim,
                        söyüdlәr nazlandı
                        gülümsәyәrәk.
                        Dәniz mahnısını oxudu sanki,
                        әtәyi lәpәli,
                        qırçınlı Bakı...
   176   177   178   179   180   181   182   183   184   185   186