Page 176 - antologiya - poeziya_175x250_Layout 1
P. 176

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                                    İnqilab şairiyәm


                                   Mәn nә şah, mәn nә sultan, nә yaraşıq, nә ziynәt,
                                   Nә әfsanә, nә mәlәk, nә saray, nә sәltәnәt,
                                   Nә qәdim әsrlәri yada salıb ağlayan,
                                   Nә ömrünü qәzәlә, mәrsiyәyә bağlayan,
                                   Nә dövrün hakiminә şeir yazıb pul alan,
                                   Nә cәlladlar önündә hәyat üçün alçalan,
                                   Nә peymana, nә saqi, nә şәrab şairiyәm,
                                   Azadlığın carçısı inqilab şairiyәm.


                                   Mәn әyilib hakimin әllәrindәn öpmәdim,
                                   Şeirimi çiçәk kimi ayaqlara sәpmәdim.
             176                   Nә aciz bir bәndәyәm, nә satılmış bir qulam,
                                   Nә saray mәddahıyam dәrgahlardan qovulam.
                                   Mәn ellәrin oğluyam, ellәr böyütmüş mәni.
                                   Şeirim eldәn alıbdır bu ilhamı, qüvvәni.
                                   Mәn nә şam, nә pәrvanә, nә rübab şairiyәm,
                                   Azadlığın carçısı inqilab şairiyәm.


                                   Mәnim könül dәftәrim bәnzәyir gülüstana,
                                   Onda yer verilmәmiş qarlı qışa, tufana,
                                   Bir bahar әtri vardır hәr şeirimdә, sözümdә,
                                   Baharın hәsrәtiylә yaşayıram özüm dә.
                                   Mәn әl açıb göylәrdәn dilәmәdim azadlıq,
                                   Mәnim arxalandığım onlardan daha artıq.
                                   Ölkәlәr hәsrәt çәkәn afitab şairiyәm,
                                   Azadlığın carçısı inqilab şairiyәm.
   171   172   173   174   175   176   177   178   179   180   181